Dünyada 13 aydır davam edən rekord yüksək temperatur başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri araşdırma aparıb.
Alimlər bildirir ki, istiləşmə Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və Günəşdə hiss edilən aktivlik ilə əlaqədardır. “El Nino” öz yerini daha soyuq “La Nina”ya verdiyi üçün qlobal temperatur aşağı düşməyə davam edəcək, lakin 2023/24-cü ildən əvvəlki səviyyələrə çata bilməyəcək.
Qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir.