DGK sədri rəis vəzifəsini ona həvalə etdi

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Globalinfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifənin müvəqqəti icrası Şabanov Elçin İdris oğluna həvalə edilib.

Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifədə Rəşad  Babayev çalışıb.