Deputat repetitorluqdan şikayətləndi

“Repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləməliyik.

Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”.