“Leninqrad vilayətinin qanunvericilik məclisinin deputatı Sayad Əliyev Rusiya hüquq mühafizə orqanlarının qara siyahısına düşüb. Milyarder deputat buna görə Rusiyadan qaçmağa hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Mənbələr iddia edir ki, hüquq-mühafizə orqanları Leninqrad vilayətinin Nevskaya Dubrovka kəndində qanunsuz torpaq mənimsənilməsi, həmçinin Sayad Əliyevə bağlı şirkətlər tərəfindən büdcə vəsaitlərinin ələ keçirilməsi faktlarını araşdırır.
“Lisa BASILIO” Teleqram kanalının məlumatına görə, S.Əliyevin Azərbaycana qaça biləcəyi ehtimal edilir. Deputatın İsrail vətəndaşlığının da olduğu deyilir.
İddia edilir ki, Sayad Əliyevlə Sankt-Peterburqdakı Azərbaycan diasporunun lideri, milyarder Vaqif Məmişov arasında uzun müddətdir münaqişə yaşanır.
Qeyd edək ki, son vaxtlar Rusiyada Azərbaycan diasporunun bir neçə liderinə qarşı cinayət işi açılıb. Onların Rusiya vətəndaşlığı ləğv edilib, ardınca isə deportasiya qərarı verilib.
Əliyar Xəlil
Globalinfo.az