Suriyanın paytaxtı Dəməşq şəhərində baş verən güclü partlayış nəticəsində azı 18 nəfər yaralanıb.
Globalinf.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, xəsarət alanların hamısı dərhal xəstəxanaya yerləşdirilib. Suriya Müdafiə Nazirliyi isə insident nəticəsində bir hərbçinin həlak olduğunu açıqlayıb.
Bildirilib ki, hadisə Köhnə Dəməşqin şərqində yerləşən Bab Şərqi rayonunda qeydə alınıb. Belə ki, əraziyə yerləşdirilmiş minalanmış avtomobil partladılıb. Hüquq-mühafizə orqanları dərhal hadisə yerini mühasirəyə alıblar.
Daha əvvəl “Al Watan” qəzeti yazmışdı ki, partlayış mühəndis-istehkam qruplarının zərərsizləşdirməyə çalışdığı partlayıcı qurğunun qəfil detonasiyası (partlaması) nəticəsində baş verib. Lakin hərbi qurum bu iddiaya aydınlıq gətirərək bildirib ki, Müdafiə Nazirliyinin binalarından birinin yaxınlığında aşkarlanaraq zərərsizləşdirilən mina ilə sözügedən terror hadisəsi arasında heç bir əlaqə yoxdur.