Dəhşətli kadrlar: müəllim şagirdi yoldaşlarına döydürdü – VİDEO

Hindistanda müsəlmanlara qarşı ayrı-seçkilik kəskin xarakter almağa başlayıb.

Globalinfo.az xəbər verir ki, sözügedən faktı təsdiqləyən görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Müsəlmanlara qarşı zorakılıq addımları Hindistanın Uttar-Pradeş ştatında lentə alınıb. Burada yerləşən məktəblərdən birində müəllim şagirdinə işgəncə verib. Belə ki, o induist şagirdlərdən müsəlman yoldaşlarına şillə vurmağı istəyib.

Müsəlman şagirdin mənəvi və fiziki təzyiqə, zorakılığa məruz qaldığı kadrları təqdim edirik: