DÇ-2022: Yaponiya və İspaniya 1/8 finalda

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçı başa çatıb. 

Qarşılaşma Yaponiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Yaponiya 1-ci, İspaniya 2-ci yerlə qrupdan çıxıb və 1/8 finala yüksəlib.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında hesab yenidən dəyişib. 

Qarşılaşmanın 53-cü dəqiqəsində Tanaka Yaponiyanı önə keçirən qola imza atıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında hesab bərabərləşib.

Qarşılaşmanın 48-ci dəqiqəsində Doan Yaponiyanın bərabərlik qoluna imza atıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ikinci hissə başlayıb. 

İspaniya qalib gəlir.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ilk hissə başa çatıb. 

İspaniya qalib gəlir.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Yaponiya – İspaniya matçında hesab açılıb. 

Oyunun 12-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Yaponiya – İspaniya matçı başlayıb. 

Matç saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.