Daha bir ölkədən Ukraynaya ərazi iddiası – “Bu vilayət bizimdir…”

Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Macarıstanın millətçi Bizim Vətən Partiyasının lideri Laslo Torotskai deyib.

“Ukraynadakı müharibə ilə bağlı mesajımız çox sadədir: dərhal atəşkəs, sülh və danışıqlar yolu ilə həll. Əgər bu müharibə Ukraynanın dövlətçiliyini itirməsi ilə başa çatarsa, o zaman belə mövqe tutan yeganə Macarıstan partiyası tərəfi adından bəyan edirəm ki, biz Zakarpatiyaya iddia edirik”, – Torotskai bildirib.