ukraine war

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz Rəşad Fəzail oğlu Məmmədov həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Diasporu məlumat yayıb.

Bildirilib ki, həmyerlimiz martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə həyatını itirib.

Qeyd edək ki, R.Məmmədov müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.

Paylaş: