Daha 44 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 959 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 005, bu günə qədər isə ümumilikdə 7 341 262 test icra olunub.

Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib