Dağıstanda magistral qaz kəmərindəki partlayışdan sonra baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.
***23:45
Dağıstanda strateji magistral qaz kəməri partladılıb.
Globalinfo.az xarici mediaya istinadla xəbər verir ki, azı 3 güclü partlayış qeydə alınıb.
Ətraf ərazilərdən insanların təxliyəsi həyata keçirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az