Dağıntılar altında qalan Şahinin anasından SON DƏQİQƏ açıqlaması

Türkiyənin Malatya şəhərində təhsil alan dörd azərbaycanlı tələbənin zəlzələ zamanı uçqun altında qalmalkarı barədə məlumat vermişdik. Onların barəsində yerli media intensiv xəbər yayımlayır.

Globalinfo.az saytı Şahin Vəliyevin ailəsi ilə gündə bir neçə dəfə telefon əlaqəsi yaradıb, xəbər öyrənməyə çalışır.

Bu gün yenə əməkdaşımız Şahinin anası Esmira Hüseynova ilə danışıb.

Esmira xanım deyib ki, oğlundan hələ də heç bir xəbər yoxdur.

O, Globalinfo.az-a açıqlamasında bildirib ki, xəbər olan kimi özü məlumat verəcək:

“Hazırda nə oğlumdan, nə digər tələbələrdən xəbər yoxdur. Axtarış işləri aparılır”.

Zaira Akifqızı
Globlinfo.az