COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı… – XİN

Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) elektron viza sistemi vasitəsilə müraciət edilə bilən “COP29 Xüsusi Viza” təqdim edib.

Globalinfo.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“COP29 Xüsusi Viza”sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək”, – məlumatda bildirilib.

“COP29 Xüsusi Viza”sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.

Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə, ilkin viza alınmış UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.

“COP29 Xüsusi Viza”sı rəsmi portal vasitəsilə onlayn müraciətdən və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciətdən sonra üç iş günü ərzində veriləcək”, – XİN-dən bildirilib.

COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.

***16:19

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”sın tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

“COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd hesab ediləcək..“COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir”.