Ilham eliyev cin 232

“Çin inkişaf edən və supergüc olmaq yolunda addımlayan ölkədir. Belə bir ölkə ilə münasibətlərin inkişaf etməsi rəsmi Bakı üçün əlavə dividentlər yaradır”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu ABŞ-Çin gərginliyi fonunda Azərbaycanın rəsmi Pekinlə hansı siyasəti yürütməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır:

“Çin öz mallarını Azərbaycan üzərindən Avropaya ixrac edir. Bu yolla Azərbaycanın da öz mallarını Asiya bazarına çıxarmasını istəyir, lakin rəsmi Bakı hazırda bunu istədiyi səviyyədə həyata keçirə bilmir.

Elxan Sahinoglu 5

Çin regionumuzda ən çox Gürcüstanla əməkdaşlıq edir. Bu ölkənin bir sıra limanlarını icarəyə götürüb. Bir müddət Ələt limanının icarəsi gündəmdə oldu, ancaq rəsmi Bakının bu limanla bağlı planları var.

Ölkəmizin Çin investisiyasına ehtiyacı var. Xüsusilə də işğaldan azad edilən ərazilərin bərpası baxımından bu, çox vacibdir. Lakin Azərbaycan ABŞ-Çin gərginliyində neytrallığını qoruyub saxlamalıdır. Bu bizim müdaxilə edə bilməyəcəyimiz bir məsələdir. Əsas da Tayvan məsələsində iki ölkə arasında balansı qorumağa davam etməliyik.

Uyğur məsələsində isə mövqeyimiz uyğurlardan yana olmalıdır. Biz onların taleyinə biganə qalmamalıyıq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: