Çin strateji ərazini ABŞ-ın əlindən alır – Kissincer

Səudiyyə Ərəbistanı və İran arasında Çinin vasitəsilə əldə olunan münasibətlərin normallaşması haqqında razılaşma Yaxın Şərqdəki strateji situasiyanı ciddi şəkildə dəyişir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Çin son illər dünya nizamının yaradılmasında aktiv iştirak etməsi gərəkdiyini elan edib. İndi o bu istiqamətdən vacib addımlar atır”, – Kissincer bildirib.

O həmçinin Çinin Yaxın Şərqdə nüfuzunun artmağa başladığını qeyd edib. İsrailin İrana təzyiqləri məsələsinə toxunan Kissincer artıq Tehranla bağlı qərarların qəbulu zamanı Çinin maraqlarını da nəzərə almaq lazım gələcəyini vurğulayıb. Keçmiş dövlət katibi bu həmlənin ABŞ-ın Yaxın Şərqdə əvəzedilməz güc olmadığını ortaya çıxardığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az