“Biz Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verən bütün təşəbbüsləri dəstəkləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu Çinin Ermənistandakı səfiri Fan Yonq deyib.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Çin səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Sizin vəzifəniz Ermənistan üçün kifayət qədər çətin dövrə təsadüf edib və Çinin gördüyü hər şey ən yüksək qiymətə layiqdir. Ermənistan-Çin münasibətləri dinamik inkişaf edib. Çin Ermənistanın xarici siyasətinin mühüm prioritetlərindən biridir”, – deyə XAçaturyan bildirib.
Səfir öz növbəsində Ermənistanla sıx bağlı olduğunu bildirib.
“Şəxsən mən dörd il ərzində erməni həmkarlarımla müxtəlif sahələrdə işləmişəm və yaxşı nəticələr əldə etmişəm”.
Görüş zamanı iki ölkə arasında çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib və bölgədəki hadisələrə toxunulub.
Xaçaturyan vurğulayıb ki, Ermənistanın mövqeyi bütün qonşuları ilə suverenlik və fundamental beynəlxalq hüquq və normalara əsaslanan mehriban qonşuluq münasibətlərində olmaqdır.
Səfir isə qeyd edib ki, Çin regionda sabit və davamlı sülhün bərqərar olmasına töhfə verən bütün təşəbbüsləri dəstəkləyir.
Müşviq Tofiqoğlu
Globalinfo.az