Rusiya Kiyevə dağıdıcı hücuma başladı – Ballistik raketlər atılır

Rusiya Silahlı Qüvvələri gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumlarına start verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Paytaxt Kiyevin ballistik raketlərlə vurulduğu qeyd edilib.

Bildirilib ki, ruslar İran istehsalı “Şahed” PUA-ları ilə hücuma keçiblər.

Bundan başqa, Odessa və Xarkovda da partlayış səsləri eşidilib.