
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.
Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər və Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.