380228897 695556105948835 5972757153015093876 n

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassislə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, – xarici siyasət idarəsinin məlumatında bildirilib.

Paylaş: