Ceyhun Bayramov ilk dəfə bu toplantıya qatıldı – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”,-məlumatda qeyd olunub.

***10:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanda baş tutan “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb.

“Ölkələrimiz arasında çox işlər görülüb və bundan da çoxu baş tutacaq”,-o qeyd edib.