Cənubi Afrikadan Qəzza TƏLƏBİ: “Bu, yeganə yoldur”…

“İsrailə Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağı əmr edin”.

Globalinfo.az xəbər verir ki, Cənubi Afrika bu tələblə BMT məhkəməsinə çağırış edib.

Bunu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Cənubi Afrikanı təmsil edən vəkil Keysi Lou deyib:

“Fələstinlilər davamlı hava zərbələrinə məruz qalırlar. Onlar eyni zamanda aclıq və xəstəlik səbəbindən ölümlə üzləşirlər. Son günlər bir çox ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT hərbi əməliyyatların dayandırılmasının zəruriliyini bəyan edir. Bu baxımdan Cənubi Afrika BMT məhkəməsini İsraili Qəzza zolağındakı hərbi əməliyyatları dayandırmağa məcbur etməyə çağırır. Bu, daha çox ölüm hallarının və dağıntıların qarşısını almağın yeganə yoludur”, – deyə Lou vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az