Qızılcadan vəfat edən Sevilin FOTOSU

***17:16

Cəlilabad sakini qızılca xəstəliyindən vəfat edib.

Globalinfo.az xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

O, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alıb.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi imiş.