FotoJet 2022 11 25T231648.720 1

Cəlilabadda ilkin orta əsrlər dövrü, Muğan mədəniyyətinə aid yaşayış məskəni aşkar edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yaşayış məskəni rayonun Maşlıq kəndi ərazisindən keçən “Əyirçay” adlanan çayın kənarında əkin işləri zamanı üzə çıxıb.

Yaşayış məskənində insanın kəllə sümüyü, bud-çanaq oynağı, barmaq falanqaları, kül-ocaq izləri, saxsı nümunələri, üzərində işarələr olan saxsı lövhə aşkar olunub.

Yerli tarixçi-araşdırmaçı Vüqar Adıgözəlovun sözlərinə görə, tapıntılara əsasən bu yaşayış məskəni ilkin orta əsrlər dövrünə aiddir.

Qeyd edək ki, yaşayış məskəni ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunacaq.

4f539846 bd08 3b35 ad04 d0b210ff312e

Paylaş: