Cəbrayılda ağır qəza: ölənlər var – FOTO/YENİLƏNDİ

Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.

Hadisə zamanı dünyasını dəyişən 3 nəfər isə Tovuz rayon sakinləridir. Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehti Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.

Qəza zamanı ölən və yaralananların işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərində çalışdıqları bildirilir.

Qeyd edək ki, yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

***17:05

Cəbrayılda ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin – Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağı araşdırma aparılır.

Cəbrayılda yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO Cəbrayılda yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO