Çavuşoğlu İrandan danışdı: “Buna təəssüflənirik”

“İranda etiraz aksiyalarında çox sayda insanın həlak olmasına görə təəssüflənirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, İranda sabitliyin təmin olunması Türkiyə üçün əhəmiyyətlidir: “Ölkədə ən qısa zamanda sabitliyin olmasını arzulayırıq”.