“Bütün gücümüzlə cavab verəcəyik!” – İranı hədələdi

trump iran

“İsrail və İran arasında münaqişəni asanlıqla dayandıra bilərik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, bu barədə “Truth Social” səhifəsində yazıb.

“Biz tərəflərlə razılaşa və bu qanlı münaqişəyə son qoya bilərik!”, – Ağ Ev sahibi bildirib.

Tramp, həmçinin qeyd edib ki, ABŞ-ın İrana indiki hücumla heç bir əlaqəsi yoxdur:

İran bizə hər hansı bir şəkildə və ya formada hücum edərsə, ordumuz bütün gücü ilə buna cavab verəcək və bu, əvvəllər görünməmiş miqyasda olacaq”.

Əliyar Xəlil
Globalinfo.az