Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan

Pasinyan 1

“Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişinin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Baş nazir indiki mərhələdə sənədlə bağlı detalların açıqlanmasını diplomatik baxımdan düzgün hesab etmədiyini bildirib:

“Məsələ məxfi deyil, lakin prosesdə düzgünlük vacibdir. Biz kağızı tutub bəndlərdə nə yazıldığını bir-bir açıqlaya bilmərik. Bu, Azərbaycan tərəfi üçün doğru bir addım deyil. Sülh müqaviləsinin mətnində beynəlxalq diplomatik təcrübədən kənar heç nə yoxdur”.

Əliyar Xəlil
Globalinfo.az