Bu yolda hərəkət istiqaməti dəyişdirildi – Xəritə

Bakıdakı yollardan birində hərəkətin təşkilində dəyişiklik edilib.

Globalinfo.az milli.az-a istinadən bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib. Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir.

Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib. Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyə dönmə edirdilər.