Bu telefonlar bahalaşacaq – Yaxın aylarda…

telefon

“Apple” şirkəti bu payızda buraxılması gözlənilən növbəti “iPhone 17” smartfonlarının qiymətlərini artırmağı düşünür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.

“Şirkət son baş verən ABŞ və Çin arasındakı istənilən proseslərin təsirindən qaçmaq niyyətindədir”, – deyə bildirilib.

Lakin qurum sorğuya müsbət və ya mənfi cavab verməyib.

Qeyd edək ki, “iPhone 17” seriyasının premyerası 2025-ci ilin sentyabrında gözlənilir.

O vaxta qədər “Apple” smartfonların qiymətini qaldırmaq qərarını dəyişə bilər, çünki ABŞ və Çin ticarət müharibəsi ilə bağlı kompromislər axtarmağa başlayıblar.

Əliyar Xəlil
Globalinfo.az