6 min mənzil, 474 avtomobil verildi – Hesabat

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə postmüharibə dövründə 6 min mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib”.

Globalinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ilə dair hesabatını təqdim edərkən deyib.

“Həmçinin ötən il müharibə əlillərinə 474 avtomobil verilib. Hərbi qulluqçuların sosial müdafiənin təmin edilməsi üçün 473 tam təmirli mənzil təqdim edilib”, – Baş nazir qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az