Gürcüstanın Batumi şəhərində son günlər müşahidə olunan güclü yağış şəhərdə ciddi su basmalarına səbəb olub.
Globalinfo.az xəbər verir ki, Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Batumidə yağış 21 saat fasiləsiz davam edib.
Sentyabrın 19–20-də şəhərə ümumilikdə 275 millimetr yağıntı düşüb.
Bu, aylıq iqlim normasının 90 faizindən çoxunu təşkil edir.
Ən güclü yağış isə bir saat ərzində qeydə alınıb. Saat 21:00-dan 22:00-dək Batumiyə 52,5 millimetr yağıntı düşüb.
Agentliyin məlumatına görə, 24 saat ərzində qeydə alınan 273 millimetr yağıntı sentyabr ayı üçün rekorddur.
Hadisə təkrarlanma dövrü baxımından təxminən 100 ildə bir dəfə müşahidə olunan yağıntı kimi qiymətləndirilib.
Güclü yağış nəticəsində Batuminin bəzi ərazilərində küçələr su altında qalıb, şəhər infrastrukturu müvəqqəti olaraq yüklənib.
Əliyar Xəlil
Globalinfo.az