Bakıda qəribə hadisə – Evə həkimlərin gəldiyini görüb özünü bıçaqladı

 

Bakıda ruhi xəstə özünə bıçaqla xəsarətlər yetirib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Səhər saatlarında Bakıda yerləşən ixtisaslaşmış ruhi dispanserin həkim briqadası qəsəbə sakini 1967-ci il təvəllüdlü İ.Məmmədovu xəstəxanaya aparmaq üçün ünvana gəlib. Belə ki, 56 yaşlı kişinin ailəsi onun ruhi xəstəxanaya yerləşdirilməsini istəyib. Lakin həkimlərin onu aparmağa gəldiyini görən şəxs etiraz edib və bıçaq götürərək özünə xəsarətlər yetirib.

İ.Məmmədov xəstəxanaya aparılaraq ona tibbi yardım göstərilib.