Bu şəhər və kəndlərdə su olmayacaq

Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.