Berdiməhəmmədov oğul nəvəsinə toy edir – FOTOLAR / ÖZƏL

Qurbanqulu Berdıməhəmmədov oğul nəvəsinə toy edir.

Globalinfo.az xəbər verir ki, söhbət Türkmənistanın indiki Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədovun övladından gedir.

Türkmən mənbələrinin yaydığı məlumata görə, 2000-ci ildə anadan olan Sərdar Berdıməhəmmədovun oğlu Kərimqulunun babasının ən sevimli nəvəsi olduğu qeyd edilir. Buna səbəb kimi Qurbanqulu Berdiməhəmmədovun ifa etdiyi mahnıları Kərimqulunun bəstələməsi olduğu bildirilir. Qurbanqulu Berdiməhəmmədovun himayəsində böyüyən Kərimqulunun bəstələdiyi musiqiləri baba-nəvə bir yerdə duet olaraq ifa edir.

Qeyd edək ki, Kərimqulu Berdiməhəmmədov at yarışlarının da aktiv iştirakçısıdır.

Zaira Akifqızı

Globalinfo.az