Xameneinin müşaviri İsrail səfirliklərinin vurulmasının anonsunu verdi

İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri İranın ruhani lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri, general Yəhya Səfəvi deyib.

“Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və artıq heç bir İsrail səfirliyi təhlükəsiz deyil”, – Tasnim agentliyi onun sözlərini sitat gətirib.