Bu ölkələrin prezidentləri də Ərdoğanı təbrik etdi

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Seçkilərdəki qələbə münasibəti ilə Ərdoğanı təbrik edən Makron həmkarı ilə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləri də müzakirə edib.

***

İsrail Prezidenti İshaq Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

İsrail lideri Ərdoğanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Hersoq seçkinin nəticələrinin Türkiyə üçün xeyirli olmasını arzu edib.

***

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək onu prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, 28 mayda Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib.