Hindistanın Tehrandakı səfirliyi vətəndaşlarına razılaşdırılmış marşrutlar vasitəsilə İranı dərhal tərk etməyi tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə səfirliyin saytında dərc olunmuş açıqlamada deyilir.
Səfirlik raket hücumlarından sonra vətəndaşlarına İrana bütün səyahətlərdən çəkinməyi xatırladıb:
“Hazırda İranda olan Hindistan vətəndaşlarına isə mövcud nəqliyyat vasitələrindən istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur”.
Əliyar Xəlil
Globalinfo.az