Bu ölkədə qatarların hərəkəti dayandırıldı – Səbəb

Bütün Suriya ərazisində zəlzələ ilə bağlı dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu qərar “profilaktik tədbir” kimi qəbul edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubundakı Qəhrəmanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib: 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.