Bu ölkədə nazir güllələndi

Əl-Şəbab silahlıları Somalinin Qalmuduq əyalətində Nəqliyyat və Aviasiya Departamentinin naziri Fargio Abdi Vasugeni öldürüblər.

Globalinfo.az APA-ya istinadla verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb.

Elektron nəşr qeyd edir ki, Fargio Abdi Vasuge yanvarın 28-də Moqadişuda xüsusi mühafizə olunan şəhər ərazisində olarkən hücuma məruz qalıb.