tramp 2 900x506 3

İran Vaşinqtonla sülh sazişi imzalamaqda maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu saziş həm ABŞ, həm də tərəfdaşlarımız üçün faydalı olacaq”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Bundan əvvəl Tramp “CNN” kanalını tənqid edərək bildirib ki, İranla aparılan danışıqların əsas mövzusu məhz nüvə proqramıdır.

O qeyd edib ki, təklif olunan razılaşmada İranın nüvə silahına sahib olmayacağı açıq şəkildə göstərilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, ABŞ hərbi bazalarına və Yaxın Şərqdəki enerji obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. İran həmçinin dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazında məhdudiyyətlər tətbiq edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: