Hazırda 1,44 milyard olduğu təxmin edilən əhalinin sayına görə Hindistan dünyada lider ölkə olub.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.
Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.
İkinci yerdə 1 milyard 425 milyonla Çindir.
Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.
2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.
Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb.
Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir