“Bu iftiraların tamamilə boş olduğu üzə çıxdı” – Ərdoğan

“Diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu üzə çıxdı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində deyib.

“İnkişafımızı yeni bir konstitusiya ilə möhkəmləndirəcəyik. Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarını praktikada həyata keçirəcəyik. Bundan sonra qlobal problemilərin həllində daha çox səy göstərən, məzlumlara daha çox arxa çıxan bir Türkiyə görəcəyik”, – Ərdoğan qeyd edib.