Bakı bundan imtina edə bilər – Saakyan

“Beynəlxalq hüquqi iddialardan və dövlətlərarası şikayətlərdən qarşılıqlı imtina ediləcəyi təqdirdə Azərbaycan heç nə itirməyəcək, Ermənistan isə “Dağlıq Qarabağ” səhifəsini tamamilə bağlamalı olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Siranuş Saakyan deyib.

“Azərbaycan öz iddialarından əl çəksə, bütövlükdə heç nə itirmir. Amma Ermənistan öz tələblərindən imtina edərsə, ermənilərin müdafiəsini təşkil etmək imkanını itirəcək. Bundan başqa, proses dayandırılsa, artıq qəbul edilmiş qərarlar avtomatik ləğv ediləcək. Hazırda Ermənistan Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə 4, Beynəlxalq Məhkəməyə isə 1 dövlətlərarası şikayət verib”, – Saakyan vurğulayıb.

Xatırladaq ki, daha öncə parlamentin spikeri Alen Simonyan Azərbaycanın imtina edəcəyi təqdirdə, Ermənistanın da Avropa İnsan Haqları Məhkəməsində qaldırdığı iddialardan imtina etməyə hazır olduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az