“Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdən sonra istefa verməli idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Aqnesa Hamoyan deyib.
“Ermənistan” blokunun tərəfdarları arasında çıxış edən deputat son 8 ildə ölkəyə “ölüm kabusu”nun rəhbərlik etdiyini bildirib.
Onun sözlərinə görə, Paşinyan insanları cəbhəyə nizamsız şəkildə göndərib:
“Əgər kimsə ölməli idisə, bu sən olmalı idin Nikol Paşinyan”, – deputat vurğulayıb.
Əliyar Xəlil