1712083011 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Globalinfo.az xəbər verir ki, autizm həyatın ilk üç ilində özünü göstərən və cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, 2 aprel tarixini isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.

Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən 1 faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.

21c420140ddd5081384881627509ac64fc585526 96bc 3336 abdd 190f0266c8dc jpg

1712083009 c994a60d370c21417f55a44827e36e69h jpg 1712083010 82ad6ae237c460e3bcd39e7d9ba975acmusa m h mm dov jpg

Paylaş: