ehali 1

Azərbaycan ömür uzunluğuna görə dünyada 130-cu yerdədir.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “Worldometer”in BMT-nin son hesablamalarına əsaslanan 2026-cı il üçün ən uzun ömür uzunluğuna malik ölkələrin reytinqində deyilir.

Belə ki, Azərbaycanda orta ömür uzunluğu 74,8 ildir. Qadınlar üçün bu rəqəm 77,6 il, kişilər üçün isə 72 ildir.

Reytinqə görə, dünyada orta ömür uzunluğu 73,8 ildir. Qadınlar üçün bu göstərici 76,4, kişilər üçün isə 71,2 ildir. Monako 86,7 il göstəricisi ilə birinci yerdədir. San Marino 86 il göstəricisi ilə ikinci yerdə, Honkonq isə 85,9 il göstəricisi ilə üçüncü yerdədir.

Qeyd etmək lazımdır ki, reytinqdə ilk yerləri əsasən kiçik Avropa dövlətləri və Şərqi Asiya ölkələri tutur. Yaponiya və Cənubi Koreya da yüksək ömür uzunluğu ilə seçilir.

Paylaş: