Kiyevə təhlükəsizlik zəmanəti vermədən atəşkəs haqqında ideyalar Ukraynanın Rusiya tərəfindən işğalına və məhvinə səbəb ola bilər.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz anlayırıq ki, atəşkəslə bağlı bu ritorikanı (atəşkəs təklifləri – red.) hansı liderlər səsləndirir. Bütün vətəndaşlarımız üçün çox dəhşətli çağırışdır”, – Zelenski qeyd edib.
O bildirib ki, Ukraynada artıq 2014-cü ildən atəşkəs təcrübəsi var və Rusiya həmişə həmin razılaşmaları pozub:
“Əvvəlcə Krım və Donbasın bir hissəsi işğal edildi, sonra genişmiqyaslı işğal başladı”.