Bu azərbaycanlılar vətəndaşlıq ala bilməyəcəklər – RƏSMİ

“Əgər şəxsin 1998-ci ilin noyabrına qədər qeydiyyatı varsa, o, Azərbaycan vətəndaşı sayılır”.

Bunu Globalinfo.az-ın sualını cavanlandıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

“Həmin şəxslər 90-cı illərin əvvələrində ölkəni tərk edib, qeydiyyatdan çıxıb gedibsə, o halda Azərbaycan qanunvericiliyinə görə vətəndaş sayılmır.

Qeyd edim ki, vətəndaşlıq mənsubiyyətinin xüsusi qaydaları var və bu cür müraciətlərə həmin qaydalar çərçivəsində baxılmalıdır. Amma hər bir şəxs qayıtdıqdan sonra vətəndaşlığın qəbulu üçün müraciət edə bilər. Lakin qəbul müraciəti etmək üçün müəyyən müddəti – müvəqqəti və daimi yaşayış müddətini gözləməlidir”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az