
“İsrailin Livandakı quru əməliyyatı sentyabrın 30-u axşam başlayır”.
Globalinfo.az xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən NBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum bir neçə gün davam edə bilər.
“Döyüşlər bir neçə gün davam edəcək və əhatə dairəsi məhdud olacaq. Bundan əlavə, İsrail ordusu Hizbullahın infrastrukturunu, o cümlədən silah anbarlarını məhv etməyi hədəfləyir. İsrail xüsusi təyinatlılarının kiçik qrupları artıq Livan sərhədində ayrı-ayrı tapşırıqları yerinə yetirirlər. Bundan əlavə, Livan ərazisini işğal etmək üçün hərbi mühəndis bölmələri yerləşdirilib”, – deyə telekanal vurğulayıb.
Qeyd edək ki, bəzi Teleqram kanalları İsrail tanklarının artıq Livan ərazisinə daxil olduğu haqda məlumat paylaşıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az