
Çin Xalq Respublikasının Sədri Si Szinpin Brüsselin təklifini rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı (Aİ) və Çin arasında münasibətlərin 50 illiyinə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır:
“Lakin Si Szinpin Aİ-nin Çinin son təkliflərinin səmimiliyini şübhə altına aldığını vurğulayıb. Buna görə də ilkin dəvəti qəbul etməyib”.
Aİ-nin yüksək səviyyəli diplomatı nəşrə deyib ki, tərəflər arasında münasibətlər “dondurulub”.
Pekinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye isə ümid edib ki, Çin liderinin sammitdə iştirakdan imtina etməsi təşkilata xəbərdarlıq olacaq.
Günay Rəsulqızı
Globalinfo.az